Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İlanlar və əqrəblər insanlara qənim kəsilib

© Sputnik / İlham Ahmadovİlanlı ev
İlanlı ev - Sputnik Azərbaycan
Abunə olmaq
İki nəfər isə əqrəb sancması ilə müraciət edib

BAKI, 24 may — Sputnik. "Bu günə qədər 11 nəfər gürzə sancması ilə mərkəzimizə müraciət edib". Bu sözləri Sputnik Azərbaycan-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə gürzə sancması ilə müraciət edənlər müayinə və müalicə edilkdikdən sonra evə buraxılıb: "Hələ ki, ölüm faktı qeydə alınmayıb. Amma mərkəzimizdə hazırda iki xəstə müalicə alır. Daha iki nəfər isə əqrəb sancması ilə müraciət edib. Həmin şəxslərdə zəhərlənməyə qarşı müəyyən tədbirlər həyata keçirilib və onlar evə göndərilib. Həşərat sancması ilə müraciət edənlərə yardım məsləhət xarakterli olub, onlar hospitalizasiya edilməyib".

Xəbər lenti
0