CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qulluğu ilə bağlı xidmətlərin qiyməti müəyyən edildi

© Sputnik / Murad Orujov100 manatlıq əskinazlar
100 manatlıq əskinazlar - Sputnik Azərbaycan
Abunə olmaq
Tarif Şurası dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin qiymətini müəyyən edib

BAKI, 23 may — Sputnik. Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Sputnik Azərbaycan-ın Şuraya istinadən verdiyi məlumata görə, iclasda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

DİM-in müraciəti və təklifləri nəzərə alınmaqla, dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"na əsasən təsnifatlaşdırılmış 7 qrup üzrə 10-110 manat arasında müəyyənləşdirilib.

Xəbər lenti
0