Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sıra daha bir rayonumuza çatdı: dağıntılar var

Abunə olmaq
İsmayıllıda leysan yağışı ilə müşaiyət olunan güclü külək və dolu şəhər təsərrüfatına və kəndlərə ciddi ziyan vurub

BAKI, 23 may — Sputnik. Ötən gecə İsmayıllı rayonunda əsən güclü külək dağıntılara səbəb olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qasırğa qısa vaxtda İsmayıllı şəhərində 30-dan çox ağacı yaşayış binalarının, fərdi evlərin, elektrik naqillərinin üstünə aşırıb.

Təbii fəlakət zamanı elektrik və rabitə dirəkləri yıxılıb, naqillər qırılıb, əhaliyə verilən elektrik enerjisi kəsilib. Bir saatdan çox əsən güclü küləyin təsiri nəticəsində 20-ə yaxın yaşayış evinin və sahibkarlıq obyektinin dam örtüyü qopub, binaların üstünə yıxılan ağaclar divarlarda iri çatlar əmələ gətirib, mənzillərin içərisi su ilə dolub.

© Sputnik / Ilham Ahmadovİsmayıllı rayonunda əsən güclü külək dağıntılara səbəb olub
İsmayıllı rayonunda əsən güclü külək dağıntılara səbəb olub - Sputnik Azərbaycan
İsmayıllı rayonunda əsən güclü külək dağıntılara səbəb olub

Şəhərin bəzi küçələrində yıxılan ağaclar avtomobillərin hərəkətinə mane olub. Küləyin təsiri nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyib. 20-dən çox ağacın elektrik xətlərinin üzərinə aşması nəticəsində 10 kv-lıq və 10 yerdə 0.4 kv-lıq naqillər sıradan çıxıb.

Təbii fəlakət nəticəsində kənd təsərrüfatına və əkin sahələrinə də xeyli ziyan dəyib. Evlərin zirzəmilərinə su dolub. İsmayıllı şəhər 6 və 2 saylı tam orta məktəblərinin, İsmayıllı Şəhər Bələdiyyəsinin, 8 ümumi yaşayış binası və 10-a yaxın sahibkarlıq obyektinin dam örtüyü ciddi zərər görüb. Bir avtomobil, üzərinə ağac aşması nəticəsində yararsız hala düşüb.

© Sputnik / Ilham Ahmadovİsmayıllı rayonunda əsən güclü külək dağıntılara səbəb olub
İsmayıllı rayonunda əsən güclü külək dağıntılara səbəb olub - Sputnik Azərbaycan
İsmayıllı rayonunda əsən güclü külək dağıntılara səbəb olub

Rayonun dağ kəndlərində leysan, dolu və külək evlərə, yardımçı tikililərə, o cümlədən meyvə-tərəvəz sahələrinə, taxıl sahələrinə də ziyan vurub. Yıxılan ağaclar yolların kəsilməsinə və nəqliyyatın hərəkətinin bir müddət məhdudlaşmasına səbəb olub.

Hazırda rayonda elektrik və rabitə xətlərinin bərpası üçün tədbirlər görülür, evlərin üstünə və küçələrə yıxılan ağaclar kəsilərək ərazidən götürülür. Rayon fövqəladə hallar komissiyasının nümayəndələri təbii fəlakət nəticəsində ziyan çəkən vətəndaşların müraciətlərini qəbul edir, evlərə, obyektlərə baxış keçirilir.

Xəbər lenti
0