BAKI, 23 may — Sputnik. İngiltərənin Mançester şəhərindəki konsert salonunda baş verən partlayışın məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda terror qruplaşmasının özü video-çarx yayıb.
Qeyd edək ki, dünən İngiltərənin Mançester şəhərində konsert zamanı baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 60-dək insan yaralanıb. Sputnik Azərbaycan bu barədə "Telegraph"-a istinadən xəbər verir.
"22 nəfər ölüb, 60-a yaxın insan yaralanıb" — Mançester şəhər Baş polis idarəsinin məlumatında deyilir.
Polis hadisəni terror aktı kimi qiymətləndirib. İlkin versiyaya əsasən, konsertdən sonra tamaşaçılar stadionu tərk edərkən terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. İnsident "Mançester-Arena"da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.