Meteohəssas insanlara xəbərdarlıq

Abunə olmaq
Mayın 25-də arabir güclənən küləkli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər

BAKI, 23 may — Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Yağışlı hava - Sputnik Azərbaycan
Paytaxt və bölgələr üçün fərqli hava proqnozu

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 21-26, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubətgecə80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 24-dəbəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Mayın 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, mayın 25-də arabir güclənən küləkli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.

Xəbər lenti
0