Sabiq nazir zorla məhkəməyə gətiriləcək

© AP Photo / Murad SezerTansu Çillər 1998-ci ildə
Tansu Çillər 1998-ci ildə - Sputnik Azərbaycan
Abunə olmaq
Tansu Çillərin şahid qismində ifadə verəcəyi məhkəmə prosesi iyulun 18-də keçiriləcək

BAKI, 23 may — Sputnik. Ankara şəhər Ağır Cinayətlər Məhkəməsi, Türkiyənin sabiq Baş naziri Tansu Çillərin zorla məhkəmə salonuna gətirilməsinə qərar verib. O, 1997-ci il fevralın 28-də dövlət çevirilişinə cəhdlə bağlı gördüklərini və bildiklərini danışmalıdır.

Sputnik Türkiyə xəbər verir ki, Tansu Çillərin şahid qismində ifadə verəcəyi məhkəmə prosesi iyulun 18-də keçiriləcək. Xatırladaq ki, həmin dövrdə Nəcməddin Ərbakan Türkiyənin baş naziri, Tansu Çillər isə xarici işlər naziri olub.

Xəbər lenti
0