BAKI, 23 may — Sputnik. İngiltərənin baş naziri Tereza Mey dünən gecə Mançester şəhərində baş verən partlayışla bağlı verdiyi açıqlamasında, təhlükənin hələ sovuşmadığını bildirib. Sputnik Azərbaycan bu barədə "Telegraph"-a istinadən xəbər verir.
"Yeni hücum təhlükəsi gözləniləndir. Təhdid səviyyəsi olduqca yüksəkdir" — nazir deyib.
Qeyd edək ki, ötən gün Mançester Arenada amerikalı müğənni Ariana Qrandenin konserti zamanı törədilən partlayışda 22 nəfər həlak olub, 59 nəfər yaralanıb.
Hadisəni törədən şəxs əldəqayırma partlayıcını işə salıb, özü də hadisə yerində ölüb.