İlham Əliyev: "Bu xəbər məni çox sarsıtdı"

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidPrezident İlham Əliyev
Prezident İlham Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik"

BAKI, 23 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Zati-aliləri xanım Tereza Meyə başsağlığı verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Hörmətli xanım Baş nazir,

Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Xəbər lenti
0