BAKI, 23 may — Sputnik. Mərkəzi Bank (MB) mayın 24-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
MB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabaha USD/AZN rəsmi məzənnəsi 1,7021 səviyyəsində müəyyən edilib.
Qeyd edək ki, 23 may 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7021 səviyyəsində formalaşıb.
Mayın 23-də USD/AZN rəsmi məzənnəsi 1,7023 manat təşkil edib.