Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dərmanların yeni qiymətləri müəyyən olundu

© FlickrDərmanlar
Dərmanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qeydiyyatdan keçmiş 200-ə yaxın dərmanın qiyməti təsdiqlənib

BAKI, 23 may — Sputnik. Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Sputnik Azərbaycan-ın Şuraya istinadən verdiyi məlumata görə, iclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq yeni qeydiyyatdan keçmiş 200-ə yaxın dərman vasitəsinin qiyməti təsdiq edilib.

Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10361 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlar ilə saytın "Şuranın qərarları" bölməsində tanış olmaq olar.

Xəbər lenti
0