SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fələstindən açıqlama: Trampın tarixə düşməsini arzulayırıq

© AP Photo / Mohammed ZaatariFələstin bayrağı, arxiv şəkli
Fələstin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti Fələstinə yardım edəcəyinə söz verib

BAKI, 23 may — Sputnik. Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp İsrailə bir günlük rəsmi səfərindən sonra Qüdsdən İordaniya çayının Şərq sahillərinə Beytüllahim şəhərinə keçərək Fələstin lideri Mahmud Abbasla görüşüb. Sputnik Azərbaycan bu barədə "TRT"-yə istinadən xəbər verir.

Tramp və Abbas arasında ikitərəfli görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Tramp çıxışı Yaxın Şərqdə sülhün təmin edilməsində qətiyyətli olduğunu bəyan edib: "İki lider — Mahmud Abbas və İsrail baş naziri Binyamin Netanyahu arasında davamlı sülh arzulayıram".

Öz növbəsində Fələstin lideri Mahmud Abbas bildirib ki, Yaxın Şərq münaqişəsinin sonu iki dövlətli həll olmalıdır: "İsrail və Fələstin dövlətlərinin etibar, sülh və yaxşı qonşuluq şəraitində yaşamasını istəyirik. Amma İsrail işğalı iki dövlətli həllə maneə törədir. Tarixi bir sülhün təmin edilməsi üçün ABŞ rəhbərliyilə birlikdə işə hazırıq. Trampın sülhü təmin edən adam olaraq tarixə düşməsini arzu edirik".

Mahmud Abbas Trampdan İsrail həbsxanalarında bir aydan çoxdur aclıq aksiyası keçirən fələstinli məhbuslar üçün İsrailə təzyiq etməsini istəyib.

ABŞ prezidenti bu məsələdə Fələstinə yardım edəcəyinə söz verib. 

Xəbər lenti
0