BAKI, 22 may — Sputnik. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ prezidentinin qızı İvanka Trampın sahib olduğu fonda 100 milyon dollar vəsait ayıracaq. Sputnik Azərbaycan "İndependent"-ə istinadən xəbər verir ki, sözügedən fond sahibkar qadınlar və xırda biznes sahibləri üçün nəzərdə tutulub.
Hazırda atası ilə birlikdə Səudiyyə Ərəbistanında səfərdə olan İvanka Tramp, çıxışında fonddakı rolu haqda danışıb: "Mənim rolum Amerika və digər ölkələrdə qadınların imkanlarını genişləndirməkdən ibarətdir. Məqsəd qadınların maliyyə yardımı əldə etməsi və iqtisadi bazarlara çıxışını asanlaşdırmaqdır".