Şiə liderdən İrana təcili ismarıc

© AFP 2024 / Haidar HAMDANIMüqtəda əs-Sədr
Müqtəda əs-Sədr - Sputnik Azərbaycan
Abunə olmaq
Müqtəda əs-Sədr: "Vəziyyət artıq dözülməz həddədir"

BAKI, 22 may — Sputnik. İraq şiələrinin lideri Müqtəda əs-Sədr, İranı bölgədə məzhəbçi siyasət aparmaqdan çəkinməyə çağırıb. Sputnik Azərbaycan bu barədə "Yeni Akit"-ə istinadən xəbər verir.

Sözlərinə, İranda yenidən prezident seçilən Həsən Ruhanini təbrik edərək başlayan şiə lider, rəsmi Tehranın bölgədə apardığı siyasəti sərt tənqid edib: "İslahat tərəfdarı Həsən Ruhanini, gərgin siyasi qarşıdurmaya baxmayaraq yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. İran bölgədə güclü təsirə malik bir ölkədir. Mən, İran hökumətini, bölgəmizə kədər və iztirabdan başqa heç nə gətirməyən məzhəbçi siyasətdən əl çəkməyə çağırıram. Vəziyyət artıq dözülməz həddədir".

Xəbər lenti
0