Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir açıqlama verən kimi, bahalaşdı

© REUTERS / Ernest ScheyderНефтяной насос, фото из архива
Нефтяной насос, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Brent markalı neft son bir ayda ilk dəfə 54 dollar səviyyəsini keçib. Hazırda Brent 54,04 dollara, WTA isə 50,70 dollara satılır.

BAKI, 22 may — Sputnik. Neft hasilatının azaldılması müqaviləsinə qoşulan bütün istehsalçılar, müqavilənin 2018-ci ilin ilk rübünün sonuna qədər doqquz ay uzadılması məsələsində razıdırlar. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih bildirib.

Xalid Əl-Falih, Bazar günü etdiyi açıqlamada, müqavilənin gələn ilə uzadılmasının, istehsalçıların qlobal ehtiyatların azaldılması məqsədinə çatmasına yardım edəcəyini deyib.

25 mayda Vyanada keçiriləcək iclasda, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan ölkələr  hasilatın azaldılması müqaviləsini müzakirə edəcəklər.

Qeyd edək ki, nazirin bu açıqlamasından sonra neftin qiyməti bir qədər bahalaşıb. Brent markalı neft son bir ayda ilk dəfə 54 dollar səviyyəsini keçib. Hazırda Brent 54,04 dollara, WTA isə 50,70 dollara satılır.

Xəbər lenti
0