CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirliklə 25 min nəfər üzvü olan cəmiyyət arasında qarşıdurma

© Sputnik / Nina Zotina / Mediabanka keçidQafqaz dağları, arxiv şəkli
Qafqaz dağları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurları bizim köhnə biletləri tanımaq istəmir, vətəndaşlara problem yaradırlar"

BAKI, 22 may — Sputnik. Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi 1960-cı illərdə yaranıb. Cəmiyyət müxtəlif dövrlərdə ovçuluğa marağı olan insanların ovçuluq bileti alması, ovçuluq, silahla davranış qaydalarının öyrədilməsi və sairlə məşğul olub.

Həmin dövrlərdə cəmiyyətin müqavilə ilə ovçuluq təsərrüfatı üçün müxtəlif rayonlarda 176 min ha ərazisi var imiş. Amma 2006-cı ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) həmin müqaviləni birtərəfli qaydada ləğv edib. Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin sədri Füzuli Əşrəfov Sputnik Azərbaycan-a müsahibəsində bu məsələlərə aydınlıq gətirib.

© Sputnik / STRFüzuli Əşrəfov
Füzuli Əşrəfov - Sputnik Azərbaycan
Füzuli Əşrəfov

— Füzuli müəllim, hazırda cəmiyyətinizin nə qədər üzvü var?

— Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin 25 mindən çox üzvü var. Son zamanlar bir az azalma müşahidə edilir. Çünki əvvəllər ovçuluq haqqında bileti bizim cəmiyyət verirdi. 2006-cı ildən sonra ovçuluq biletinin verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə səlahiyyətinə daxil edildi. Ovçuların cəmiyyətə üzv olmaq istəməsinin səbəbi ovçuluq bileti əldə etməkdir. Ona görə də, son zamanlar azalma müşahidə edilir. Fikrimiz var ki, Nazirlər Kabinetinə müraciət edək, bu məsələyə yenidən baxılsın. Bəlkə bizə də hansısa hüquqlar verilər. Çünki bizim təşkilat ötən əsrin 60-cı illərində yaranmış bir təşkilatdır. O zamandan indiyə qədər cəmiyyətə 25-30 min ovçu üzv olub. Cəmiyyətin üzvləri artıq bizim rejimə uyğunlaşıblar və istəyirlər ki, bizimlə ünsiyyətdə olsunlar. Ovçuluq biletini bizdən almaq istəyirlər. Çünki biz illər ərzində onlara yaxşı xidmət göstərmişik.

Hazırda ərazidə söküntü işləri davam edir - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezidentin tikintisini dayandırdığı bina ilə bağlı maraqlı fakt üzə çıxdı

Ancaq hazırda ovçuluq biletini Ekologiya və Təbii Sərvətlər Nazirliyi verir. Həmin şəxslər üçün nəinki bilet almaq, hətta nazirlikdə qəbula düşmək belə, problemdir. Bizim cəmiyyətdə isə bu məsələ qısa müddətdə həll olunurdu. Cəmiyyətimizdə ovçulara silahla davranma qaydaları öyrədilirdi, ov quşları, vurulması qadağan edilmiş quşlar barədə məlumatlar verilir və müəyyən şərtlərlə güzəştlər edilirdi. İndi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir dəfə gedən təkrar getmək istəmir. Bir çox rayonlarda insanlar var ki, ovçuluq bileti almaq istəsələr də, heç nə edə bilmirlər. Bilet almaq qeyri-mümkündür. Nazirliyin yerlərdəki nümayəndələri həmin şəxslərə bildirirlər ki, bilet almaq üçün gərək Bakıya gedib, birbaşa Nazirliyə müraciət edəsiniz. Bu da vətəndaşlara ovçuluq bileti almaqda problem yaradır. Amma bizim təşkilatın bütün rayonlarda dayaq nöqtələri var idi və istənilən şəxs istənilən rayonda ovçuluq bileti ala bilirdi. Yenə dayaq nöqtələrimiz var, amma daha ovçuluq bileti vermək səlahiyyətimiz yoxdur.

 Bu günə qədər verdiyiniz ovçuluq biletləri keçərlidirmi?

— Qanunla bizim vətəndaşlara 2004-cü ilə qədər verdiyimiz biletlər keçərli olmalıdır. Qanunla həmin vətəndaşlar bizim verdiyimiz ovçu bileti ilə lisenziya da ala bilərlər, ova da gedə bilərlər. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bəzi məmurları bizim köhnə biletləri tanımaq istəmir, vətəndaşlara problem yaradır və deyirlər ki, "bu biletlər sayılmır, gəlin nazirlikdən yeni bilet alın". Bu, bilirsiniz, nəyə bənzəyir? Tutaq ki, sizin şəxsiyyət vəsiqəniz var, başqa bir təşkilat çıxır ortaya ki, "yox, siz gəlib şəxsiyyət vəsiqəsini bizdən almalısınız". İnanmıram ki, kimsə buna razılaşsın.

 Siz bu problemlə bağlı sözügedən nazirliyə müraciət etmisiniz?

— Dəfələrlə müraciət etmişəm. Amma onlar bildirirlər ki, "bizim əməkdaşlarımız belə şey etməz, belə bir şey olmayıb".

 Əvvəllər sizin ovçuluq təsərrüfatı üçün əraziləriniz də var idi…

Ov tüfəngi - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda qanunsuz ov edən daha iki ərəb saxlanıldı

— Bəli, 2002-ci ildə biz 10 illik müqavilə bağlayaraq ovçuluq təsərrüfatı üçün müxtəlif rayonlarda 176 min ha torpaq sahəsi götürmüşdük. Amma 2006-cı ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin müqavilə birtərəfli şəkildə ləğv edildi. Və bizə bildirildi ki, guya həmin ərazilərdən nazirliyin xüsusi departamenti istifadə edəcək. Aradan 10 ildən çox vaxt keçib. İndi həmin təsərrüfat sahələri bərbad vəziyyətdədir. Bizim Biləsuvarda, İmişlidə, Şabranda, Xızıda, Qubada və s. rayonlarda 176 min ha ərazimiz var idi. Biz həmin ərazidə ovçular üçün xüsusi şərait yaratmışdıq. İstirahət guşəsi, gecələmə yerləri, yemək hazırlamaq üçün şərait var idi. Hazırda bizim vəsaitlər orada pis vəziyyətdədir. Ekologiya Nazirliyi isə həmin ərazilərə nəzarət, qulluq etmir. Vəziyyət isə gündən günə pisləşir. Ovçular da vəziyyətdən narazıdırlar, bizə şikayətlər daxil olur.

Biz istərdik ki, nazirliyin həmin xüsusi departamenti bizimlə birlikdə işləsin. Biz orada yenidən vəziyyəti yaxşılaşdıraq. Bizim bu işlərdə təcrübəmiz də var. Həmin əraziləri elit əraziyə çevirmək mümkündür. Hazırda bizim ovçuluq təsərrüfatı üçün heç bir ərazimiz yoxdur. Bizim üzvlərimiz bizdən alınan ərazilərə gedir, həmin yerlərdə də heç bir şərait yoxdur. Bir gedən, bir də getmək istəmir.

Xəbər lenti
0