CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənclərə maliyyə yardımı ayrıldı

© Sputnik / Murad OrujovGənclər və İdman Nazirliyi
Gənclər və İdman Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
EİF tərəfindən gənc alim və mütəxəssislər üçün keçirilmiş 3 qrant müsabiqəsi çərçivəsində 72 layihə dəstəklənib, tədqiqatların həyata keçirilməsi üçün 1,470 mln manat vəsait ayrılıb

BAKI, 22 may — Sputnik. Gənclər və İdman Nazirliyi ilə Elmin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında Protokol imzalanıb. Bu barədə Sputnik Azərbaycan-a Elmin İnkişafı Fondundan məlumat verilib.

Ofis işçiləri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gəncləri düzgün karyera axtarışına necə yönəltməli?

Məlumatda bildirilir ki, 2017-ci il mayın 22-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) arasında, 35 yaşadək gənc alimlərin qrantlar yolu ilə birgə dəstəklənməsi haqqında Protokol imzalanıb. Protokolu Gənclər və idman naziri Azad Rəhimov və Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.3.2 bəndinə uyğun olaraq 2011-2013-cü illərdə Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 1-ci, 2-ci və 3-cü müsabiqələrinin uğurlarını, həmçinin tərəflər arasında formalaşmış əməkdaşlıq əlaqələrini nəzərə alaraq və tərəflər arasında imzalanmış Protokola əsasən, Gənclər və İdman Nazirliyi və Elmin İnkişafı Fondu 2017-ci ildə Gənc alim və mütəxəssislərin 4-cü xüsusi ("Mənim ilk qrantım") birgə qrant müsabiqəsini keçirəcək.

Azərbaycan Dövlət İqtisad Universiteti - Sputnik Azərbaycan
ELM
Müəllim və tələbələrə 41 min manat qrant verildi

Qrant müsabiqəsi Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq, həmçinin ölkənin sosial-mənəvi, elmi-texniki və iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən regional və beynəlxalq səviyyəli konfrans, simpozium və başqa elmi tədbirlərin təşkili və keçirilməsi kimi xüsusi layihələri kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirmək məqsədi ilə keçirilir.

EİF tərəfindən gənc alim və mütəxəssislər üçün keçirilmiş 3 qrant müsabiqəsi çərçivəsində 72 layihə dəstəklənib, tədqiqatların həyata keçirilməsi üçün 1,470 mln. manat vəsait ayrılıb. İmzalanmış Protokol növbəti – 4-cü müsabiqənin keçirilməsində Gənclər və İdman Nazirliyinin də payçı qismində iştirakını müəyyən edəcək.

Tərəflər müsabiqənin keçirilməsinə maliyyə və təşkilati dəstək göstərəcək, qalib qrant layihələrinin rəhbərləri ilə təqdimat xarakterli görüşlər təşkil edəcək, yerinə yetirilən qrant layihələrinin vaxtaşırı monitorinqində və qiymətləndirilməsində iştirak edəcək, birgə qrant müsabiqəsi ilə bağlı məlumatları müntəzəm olaraq internet səhifələrində və KİV-də işıqlandıracaq.

Xəbər lenti
0