Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda bir neçə ölkənin mədəniyyət günləri keçirilib

Abunə olmaq
Bütün tədbirlər adı çəkilən ölkələrin diplomatik nümayəndəlikləri ilə birlikdə təşkil olunub

BAKI, 22 may — Sputnik. Milli Turizm Təbliğat Bürosunun IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirdiyi silsilə tədbirlər məşhur türkiyəli ifaçı Burak Kutun solo konserti ilə başa çatıb.

Mayın 13-dən 21-ə qədər Büro İslam Həmrəyli Oyunlarında iştirak edən dövlətlərin mədəniyyət günlərini, Heydər Əliyev Beynəlxalq hava limanında yarışa gələn heyətlərin qarşılanma mərasimini, Atletlər Kəndində konsert proqramlarını təşkil edib.

Mayın 13-də Sabir bağında İran mədəniyyət günləri keçirildi. Tədbir mayın 14-də Nizami küçəsində davam etdirilib.

Mayın 14-də Sabir bağında İndoneziya və Malayziyanın mədəniyyət günü təşkil olunub. Mayın 19-da Misirin, 20-21-də isə Türkiyənin mədəniyyət günləri keçirilib.

Bütün tədbirlər adı çəkilən ölkələrin diplomatik nümayəndəlikləri ilə birlikdə təşkil olunub.

Büro tərəfindən idmançıların qaldığı Atletlər Kəndinin açılışı (11 may), oyunların ulduz səfirləri ilə görüş (15 may) əsnasında, eyni zamanda idmançılar üçün 17 və 19 may tarixlərində maraqlı musiqili proqramlar təşkil edilib.

Xəbər lenti
0