Dövlət qulluğuna hazırlıq üzrə ekspert İlyas Hüseynov deyir ki, qanunda göstərilir ki, yardımçı vəzifələri tutmaq üçün minimum orta təhsil tələb olunur: “Qeyd olunan vəzifələrlə bağlı işə qəbul prosesində indiyə qədər imtahanlar tətbiq olunmayıb. Hansı meyarlarla imtahanların keçiriləcəyini Dövlət İmtahan Mərkəzi müəyyən edəcək. Şəxsi qənaətimə görə bu vəzifələrdə çalışacaq insanların imtahanla işə qəbulu doğru deyil”.
“Belə bir təcrübə yoxdur. Ümumiyyətlə bizdə qanunvericilik sistemində bir çox qanunlarımız, test keçirmək, işə qəbul praktikası qərbdən və digər qonşu dövlətlərdən öyrənilir. Amma bildiyim qədər başqa ölkələrdə belə deyil. Yardımçı vəzifələrin işə qəbulu test və ya digər imtahanlarla həyata keçirilmir. Qərbdə bu işlərlə məşğul olan kadr şirkətləri var. Dövlət orqanları özəl sektorla əməkdaşlığa meyilli olmalıdırlar. Test imtahanı ilə namizədin bilikləri müəyyən parametrlər üzrə yoxlanıla bilər” – deyə o bildirib.