Keçmiş kəşfiyyat şefinin atası prezidenti "topa tutdu"

© REUTERS / Jonathan Ernst/Kevin LamarqueDonald Tramp və Ceyms Komi
Donald Tramp və Ceyms Komi - Sputnik Azərbaycan
Abunə olmaq
Brayn Komi: "Mən Donald Trampa səs verməmişəm. Açığı, düşünürəm ki, o adam evində oturmalıdır. Çünki həm axmaqdır, həm də dəli".

BAKI, 22 may — Sputnik. ABŞ prezidenti Donald Tramp tərəfindən işdən qovulan Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Ceyms Kominin atası Brayn Komi CNN telekanalına maraqlı açıqlama verib. Sputnik Azərbaycan xəbər verir ki, o, Trampın nə səbəbdən oğlu Komini işdən uzaqlaşdırdığı barədə danışıb.

"Prezident Tramp oğlum Ceymsdən hədsiz dərəcədə qorxurdu. Çünki oğlum, o səfeh adama tam sədaqət göstərmədi. Tramp isə komandasından yüz faizlik sədaqət tələb edirdi" — B. Komi bildirib.

O, Trampın çox dəyişkən adam olduğunu qeyd edib: "Gününün yarıdan çoxunu yalan danışmaqla keçirir. Ceyms isə elə adam deyil. O, dürüst və açıqsözlüdür".

Ata Brayn daha sonra deyib: "Mən Donald Trampa səs verməmişəm. Açığı, düşünürəm ki, o adam evində oturmalıdır. Çünki həm axmaqdır, həm də dəli".

Xəbər lenti
0