Azərbaycanın bu bölgəsində fəlakət baş verib

© Sputnik / Leyla AbdullayevaXınalıq kəndində qar
Xınalıq kəndində qar - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Şaxta kənd təsərrüfatına ciddi ziyan vurub

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 22 may — Sputnik. May ayının sonu olmasına baxmayaraq, Quba rayonunun Xınalıq kəndində dağlar ağ örpəyə bürünüb.

Kənd camaatının sözlərinə görə, dünəndən yağmağa başlayan yağış əvvəl doluya, sonra isə sulu qara çevrilib. Səhər açılanda isə dağlara qar yağdığının şahidi olublar.

Xınalıqda gecə 3 dərəcə şaxta olub. Bu isə kənd təsərrüfatına ciddi ziyan verib.

Kəndlilərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, artıq kənd təsərrüfatı sahələri və becərilən bitkilər yararsız hala düşüb.

"Əkib-becərdiyimiz hər şey bərbad olub, meyvələri don vurub. Bu vaxt yağan qar kəndli üçün fəlakətdən başqa bir şey deyil" — deyə kənd sakinləri müxbirimizə bildiriblər.

Xəbər lenti
0