CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər birimiz 1500 manat qazandıq

© Sputnik / Murad OrujovПачки азербайджанских манатов и калькулятор
Пачки азербайджанских манатов и калькулятор - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 13409,5 milyon manat vəsait qalıb

BAKI, 21 may — Sputnik. Yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri, əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 14655,6 milyon manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1510,3 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər.

Qeyd olunub ki, bu dövr ərzində gəlirlərin 86,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,7 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 13409,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,9 faiz çox vəsait qalıb.

Xəbər lenti
0