BAKI, 21 may — Sputnik. Mayın 21-ə keçən gecə Bərdə rayonu, Mehdili kəndində ümumi sahəsi 1320 m2 olan yem üyütmə sexinin anbarının havalandırma borusunda yem qalıqları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, anbar yanğından mühafizə olunub. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xatırladaq ki, 2 gün əvvəl Bərdədə güclü partlayış baş vermişdi. Partlayış nəticəsində 2 nəfər yaralanıb. Hadisə rayonun Ədalət Ədilov küçəsində Nüşabə Naibovaya məxsus evin yaxınlığında baş verib. Partlayış küçədəki kanalizasiya quyusunda qeydə alınıb. Partlayışın şiddətindən kanalizasiya quyusunun üzərindəki beton örtük parçalanıb. Yaxınlıqdakı avtomobilə də ziyan dəyib.