Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qocalmaq istəməyənlər bu xəbəri mütləq oxusunlar

© Sputnik / Yegor Eremov / Mediabanka keçidСбор урожая моркови в Белоруссии
Сбор урожая моркови в Белоруссии - Sputnik Azərbaycan
Abunə olmaq
Yerköküdən maksimal fayda almaq üçün onu bitki, kərə yağı, xama və ya qaymaqla yemək lazımdır

BAKI, 20 may — Sputnik. İnsanlar yerkökünü qədim zamanlardan yetişdirir və istehlak edirlər. Bir vaxtlar yerkökü Avropada hətta delikates sayılırdı. Yerkökü tək tərəvəz kimi deyil, dərman kimi də istifadə olunurdu. Sputnik Azərbaycan Saglamolun.az-a istinadən bildirir ki, keçmişdə yerkökünün balla qarışığını xəstə insanlara verirdilər ki, daha tez sağalsınlar.

Stəkanda süd - Sputnik Azərbaycan
SƏHİYYƏ
Sarımsaqlı südün faydalarını siz də bilin

Yerkökü həqiqətən çox faydalıdır. Onun tərkibində, demək olar, bütün vitaminlər və əsas minerallar var. Yerkökü xüsusilə beta-karotinlə zəngindir. Bu maddə orqanizmdə A vitamininə çevrilir. A vitamini ən güclü antiokidantlardan biridir. Bu vitamin qocalma proseslərini ləngidir, insanları bir çox xroniki xəstəliklərinin inkişafından qoruyur. Bu vitamin uşaqların normal inkişafı üçün olduqca vacibdir.

Yerkökü görməni yaxşılaşdırır. Bu məqsədlə belə reseptdən istifadə edə bilərsiniz: təzə yerkökünü ortadan kəsib arasına kərə yağı çəkin və hissələri biri birinə yapışdırıb belə "buterbrodu" yeyin. Yerkökünün tərkibində olan görməni yaxşılaşdıran beta-karotin yağlarla birlikdə daha yaxşı mənimsənilir.

Yerkökü şirəsi ən sınanmış təbii qurdqovucu vasitələrdən biridir. Yerkökü immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara olan davamlılığını artırır. Qidalı liflərlə zəngin olduğundan bağırsaqları əla təmizləyir, qəbizlik zamanı kömək edir.

Bundan başqa, qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır. Qaraciyər üçün ən faydalı məhsullardan biri sayılır. Mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır, şəkərli diabet xəstələri üçün çox faydalıdır.

Yerkökü həmçinin dərinin vəziyyətinə də müsbət təsir edir. Yerköküdən maksimal fayda almaq üçün onu bitki, kərə yağı, xama və ya qaymaqla yemək lazımdır.

Xəbər lenti
0