BAKI, 20 may — Sputnik. Türkiyədə trabzonluların festivalı faciə ilə sonlanıb. Sputnik Azərbaycan xəbər verir ki, dünən trabzonlular tərəfindən kimsəsiz uşaqlar üçün xeyriyyə məqsədi ilə təşkil olunan festivalda şar dolduran qadınlardan biri ölüb.
Festivalda könüllü olaraq iştirak edən 35 yaşlı Lütfiyə Gülün vəziyyəti qəflətən pisləşib. Xəstəxanaya yerləşdirilən qadının şar üfləyərkən aorta damarının cırıldığı aşkar edilib. Əməliyyata alınan Lütfiyə Gülün həyatını xilas etmək mümkün olmayıb.