İran xalqı qərarını verdi

© REUTERS / TIMA via REUTERSИранские женщины демонстрируют свои крашеные чернилами пальцы после голосования на президентских выборах в Тегеране, Иран, 19 мая 2017 года.
Иранские женщины демонстрируют свои крашеные чернилами пальцы после голосования на президентских выборах в Тегеране, Иран, 19 мая 2017 года. - Sputnik Azərbaycan
Abunə olmaq
İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib

BAKI, 20 may — Sputnik. Dünən İranda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Sputnik İran xəbər verir ki, 4 namizəd arasında gedən mübarizədə, hazırkı prezident Həsən Ruhani 22 milyon 796 min 468 səslə öndədir.

Onun əsas rəqibi, mühafizəkarların namizədi İbrahim Rəisi 15 milyon 796 min 468 səslə ikinci yerdədir. Digər namizədlər Mustafa Mirsəlim 455 min 211 səs, Mustafa Haşimitəba 210 min 597 səs toplaya bilib.

İranın Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi bildirib ki, seçkilərin nəticəsi məlumdur, lakin qanuna görə günorta saat 14.00-dək gözləmək lazımdır. Rəsmi nəticə saat 14.00-da elan olunacaq. O deyib ki, səsvermədə seçici hüququ olanların 70 faizi iştirak edib.

İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib.

Xəbər lenti
0