BAKI, 20 may — Sputnik. Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə (GSHQMBİ), İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub. Bu barədə Sputnik Azərbaycan-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
DGK GSHQMBİ Əməliyyat İdarəsinin əməkdaşları ilə Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və müvafiq əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, Yardımlı rayon Zevin kənd sakini Ağayev Ayəz Güləhməd oğlu saxlanılıb və ondan satmaq istədiyi bir ədəd bağlamada xalis çəkisi 780 qram olan narkotik vasitə — heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.