BAKI, 20 may — Sputnik. Prezident İlham Əliyevin kürəkəni Səməd Qurbanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdən çəkilən fotonu Kadırov rəsmi instagram səhifəsində paylaşıb.
"Qonağımız, Aydın Qurbanov adına fondun rəhbəri Səməd Qurbanov idi. Söhbət zamanı o, Azərbaycan prezidentinin salamlarını və xoş arzularını çatdırdı. Biz gələcəkdə də Azərbaycanla Çeçenistan arasında yaxın və dostluq əlaqələrini dəstəkləyəcəyimizlə bağlı razılaşdıq" — Kadırov yazıb.