BAKI, 20 may — Sputnik. Yaponiya imperatoru, 83 yaşlı Akihitonun vəzifədən getmək istəməsi ilə bağlı hökumətə etdiyi çağırış müsbət nəticələnib. Hökumət imperatorun taxtdan getməsini nəzərdə tutan layihəyə razılıq verib.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, layihə qarşıdakı aylarda qəbul ediləcək.
Xatırladaq ki, imperator Akihito keçən il xalqa müraciət edərək, ürəyində problemlər olduğunu, həmçinin prostat xərçəngindən müalicə aldığını, sağlamlıq problemləri səbəbiylə vəzifədən ayrılacağını söyləmişdi. Onun yerinə 57 yaşlı nəvəsi, Vəliəhd Şahzadə Naruhitu keçəcək.