BAKI, 20 may — Sputnik. "Bu ölkədən əlini çək, Tramp. Çirkin əllərini Venesueladan çək. Bu ölkə özünə hörmət edən ölkədir".
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro, ABŞ rəhbəri Donald Trampın ünvanına səsləndirib. O, Amerika rəhbərliyindən ölkəsinin işlərinə qarışmamağı tələb edib.
"Əlini burdan çək, Donald Tramp! Get evinə, get öz işlərinlə məşğul ol. Venesuela özünə hörmət edir" – Nikolas Maduro bildirib.
Artıq bir aydan çoxdur ki, Venesuelada hökumət əleyhinə kütləvi aksiyalar keçirilir. Məlumata görə, polislə toqquşmalar zamanı indiyədək 50 nəfər dünyasını dəyişib.
Onu da qeyd edək ki, Nikolas Maduro dünən Rusiya prezidenti Vladimir Putinlə ölkəsindəki böhranı müzakirə edib.