Bu şəhərdə bir nəfər də olsun insan yaşamır

Çinin Kanbaşı şəhəri "kabus şəhər" adını alıb
Çinin Kanbaşı şəhəri kabus şəhər adını alıb - Sputnik Azərbaycan
Abunə olmaq
Bu şəhər bir müddət əvvəl dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilib. Lakin bu diqqət sürətli tikinti templəri ilə bağlı deyil

BAKI, 20 may — Sputnik. Şimali Çinin kimsəsiz səhralıqlarında salınmış Kanbaşi şəhəri 10 ildən az müddətə ərsəyə gəlib. İlk 5 il ərzində şəhərin bütün mərkəzi tikilib. Burada möhtəşəm hökumət binaları, muzeylər, opera teatrı, kitabxanalar, yaşayış binaları mövcuddur. 

Bu şəhər bir müddət əvvəl dünya ictimaiyyətinin diqqətini özünə cəlb edə bilib. Lakin bu diqqət sürətli tikinti templəri ilə bağlı deyil. İş ondadır ki, bu şəhərdə insan yoxdur. 

Kanbaşiyə "kabus şəhər" adı verilib. Çoxları hesab edirlər ki, bu ərazidə şəhər salmaq əvvəldən səhv ideya olub. Məsələ ondadır ki, iş yerləri olmadığı üçün heç kəs bu şəhərə köçmək istəmir.

Çinin Kanbaşı şəhəri "kabus şəhər" adını alıb
Çinin Kanbaşı şəhəri kabus şəhər adını alıb - Sputnik Azərbaycan
1/5
Çinin Kanbaşı şəhəri "kabus şəhər" adını alıb
Şəhərdə sakin olmasa da, mötəşəm musey var və turistlər ora gəlirlər
Şəhərdə sakin olmasa da, mötəşəm musey var və turistlər ora gəlirlər - Sputnik Azərbaycan
2/5
Şəhərdə sakin olmasa da, mötəşəm musey var və turistlər ora gəlirlər
CC0 / xusenru / cityTikilməsinə milyardlar xərclənmiş şəhər insanları özünə cəlb edə bilmir
Tikilməsinə milyardlar xərclənmiş şəhər insanları özünə cəlb edə bilmir - Sputnik Azərbaycan
3/5
Tikilməsinə milyardlar xərclənmiş şəhər insanları özünə cəlb edə bilmir
Çin hökuməti Kanbaşiyə insan cəlb etmək üçün xüsusi proqram həyata keçirir
Çin hökuməti Kanbaşiyə insan cəlb etmək üçün xüsusi proqram həyata keçirir - Sputnik Azərbaycan
4/5
Çin hökuməti Kanbaşiyə insan cəlb etmək üçün xüsusi proqram həyata keçirir
Şəhərdə sakinlər üçün hər cür əyləncə yerləri yaradılıb
Şəhərdə sakinlər üçün hər cür əyləncə yerləri yaradılıb - Sputnik Azərbaycan
5/5
Şəhərdə sakinlər üçün hər cür əyləncə yerləri yaradılıb
1/5
Çinin Kanbaşı şəhəri "kabus şəhər" adını alıb
2/5
Şəhərdə sakin olmasa da, mötəşəm musey var və turistlər ora gəlirlər
3/5
Tikilməsinə milyardlar xərclənmiş şəhər insanları özünə cəlb edə bilmir
4/5
Çin hökuməti Kanbaşiyə insan cəlb etmək üçün xüsusi proqram həyata keçirir
5/5
Şəhərdə sakinlər üçün hər cür əyləncə yerləri yaradılıb

Çin hökuməti qalmaqallı faktlar üzə çıxdıqdan sonra təcili şəhərin məskunlaşdırılması ilə bağlı tədbirlər görməyə başlayıb. Belə ki, şəhərdə bir sıra müəssisələr açılıb. Lakin yenə də Kanbaşiyə çox az adam köçüb və şəhər demək olar ki, boşdur.

Maraqlıdır ki, yaşayış binalarındakı mənzillərin çoxu alınıb. Onları başqa şəhərlərdə yaşayan çinlilər ikinci, üçüncü mənzil kimi alıblar. Hazırda bu şəhərin məskunlaşdırılması üçün xüsusi proqram həyata keçirilir.

Xəbər lenti
0