Anormal istilər 167 nəfərin ölümünə səbəb oldu

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidİsti hava. Arxiv şəkli
İsti hava. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Anormal hava şəraitinin hələ bir həftə də davam edəcəyi bildirilir

BAKI, 20 may — Sputnik. Hindistanın Telanqana əyalətində aprelin 1-dən bu yana davam edən anormal istilər səbəbindən həyatını itirənlərin sayı 167 nəfərə çatıb. Sputnik Azərbaycan bu barədə Türkiyə NTV-nə istinadən xəbər verir.

Məlumata görə, son günlərdə havanın temperaturu 40 dərəcəni keçib. Hətta, əyalətin Bhadraçalam, Ramaqundam və Nalqonda bölgələrində istiliyinin 46 dərəcəyə çatdığı qeyd edilib. Anomal hava şəraitinin hələ 1 həftə də davam edəcəyi bildirilir.

Xəbər lenti
0