Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Komissar Kattani"

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidМеждународный фестиваль мотивационного кино Bridge of arts
Международный фестиваль мотивационного кино Bridge of arts - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda cinayətkarlıqla barışmaz mübarizə aparan, heç nə ilə əyilməyən hüquq-mühafizə orqanları işçilərinə "komissar Kattani" deyirlər

BAKI, 19 may — Sputnik. 1946-cı il mayın 19-da İtaliyanın cənubundakı Askoli Satriano şəhərində məşhur aktyor Mikele Plaçido anadan olub. 

Mikele Plaçidonu azərbaycanlı kino həvəskarları "Sprut" filmindəki komissar Korrado Kattani roluna görə tanıyırlar.

Kasıb ailənin övladı olan Mikele monastırın nəzdindəki məktəbdə ilk təhsilini alıb. Orduda xidmətdən sonra isə Romadakı Milli İncəsənət Akademiyasına qəbul olunub.

Yaradıcılığına teatr aktyoru kimi başlayan Plaçido 1972-ci ildə ilk dəfə "Oğlan" filmində çəkilib. Həmin vaxtdan o kinolara çəkilməyə başlayıb.

Kinoda onun ən möhtəşəm rolu "Sprut" teleserialındakı cinayətkarların, korrupsionerlərin qənimi komissar Kattani obrazıdır. Bu obraz Plaçidonu nəinki İtaliyada, həmçinin bütün sovet məkanında populyarlaşdırdı. Aktyor bu obrazı elə yaradıb ki, hazırda cinayətkarlıqla barışmaz mübarizə aparan, heç nə ilə əyilməyən hüquq-mühafizə orqanları işçilərinə "komissar Kattani" deyirlər.

Hazırda Mikele Plaçido əsasən rejissor kimi fəaliyyət göstərir.

Xəbər lenti
0