Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Saralmış dişlərdən yaxa qurtarmaq istəyirsiniz?

CC0 / rgerber / theethÇıxarılmış dişlərini əlində tutmuş qız. Arxiv şəkli
Çıxarılmış dişlərini əlində tutmuş qız. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər dişləriniz saralmış, ləkələnmiş, parlaqlıgını və saglamlıgını itirmişsə, o zaman aşagıdakı üsullardan istifadə edə bilərsiniz

BAKI, 19 may — Sputnik. Dişləri bəyazlıgını itirmiş insanlar, xarici görünüşdən başqa, həm də ruhən sıxıntı yaşayırlar. Siz də dişlərinizin ağarmasını istəyirsinizsə və bunun üçün diş həkiminizdən yardım ala bilmirsinizsə, o zaman təbii yollarla dişləri ağartmanın aşağıdakı üsullarından rahatlıqla istifadə edə bilərsiniz.

Azadqadin.az-ın məlumatına görə bu üsullar aşağıdakılardır:

Birinci üsul: Qabartma tozu- 1 çay qaşığı

Üyüdülmüş sürvə — 1 desert qaşığı

Bu ikisini qarışdırıb, qarışıqla tez-tez dişlərinizi fırçalayın.

İkinci üsul: Həftədə bir dəfə yetişmiş çiyələyə diş fırçasını batırın və dişlərinizi fırçalayın. Bu proses ağız qoxusunu aradan qaldırmağa yardım edəcək, həm də dişlərinizin ağarmasını da tənzimləyəcək.

Üçüncü üsul:

Çay sodası — 1 çay qaşığı

Limon suyu — 1/4 st

Zeytun yağı- 2 damcı

Bu qarışıqla dişləri fırçaladıqda dişlərin saralmasının qarşısını alır.

Bu metodlar ağ və parlaq dişlərə, ağız dolusu gülüşlərə sahib olmağınızda sizə yardım edə bilər.

Xəbər lenti
0