CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan bu göstəriciyə görə Avropada ən sonuncudur

Abunə olmaq
Azərbaycanda intihar göstəricisi 100 min əhali üçün 3,3 faiz təşkil edir

BAKI, 19 may — Sputnik. Avropa ölkələri arasında intihar halları ən az Azərbaycanda qeydə alınır.

APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının dünyada intihar hallarının sayı ilə bağlı 2015-ci il üçün hazırladığı statistikada deyilir.

Bildirilir ki, Azərbaycanda müvafiq göstərici 100 min əhali üçün 3,3 faiz təşkil edir. İkinci sırada 4 faizlə Tacikistan, üçüncü yerdə 4,3 faizlə Albaniya və Yunanıstan, dördüncü yerdə 4,7 faizlə Kipr qərarlaşıb. Ermənistanda isə bu göstərici 5,4 faizdir.

Sənədə əsasən, Ukrayna (20,1 faiz) və Rusiyada (20,1 faiz) qeydə alınan göstəricilər eynidir.

Ən yüksək göstərici Litvada (32,7 faiz) qeydə alınıb. Onun ən yaxın izləyiciləri Qazaxıstan (27,5 faiz) və Belarusdur (22,7 faiz).

Xəbər lenti
0