BAKI, 19 may — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfəri zamanı onun mühafizəçiləri ilə PKK terror təşkilatının tərəfdarları arasında yaranan insidentin detalları məlum olub.
Sputnik Türkiyə xəbər verir ki, PKK-lı qrupu dağıtmaq təlimatını məhz Ərdoğan özü verib.
İnternetdə yayılan videoda Ərdoğanın avtomobilindən enməzdən əvvəl mühafizəçilərinə aksiyanı dağıtmaq təlimatı verdiyi əks olunur.
Daha sonra o PKK tərəfdarlarının qovulmasının ardınca avtomobilindən enir. Həmin videonu təqdim edirik: