Prezident medianı sərt tənqid etdi

© Photo : PUBLIC DOMAINMedia
Media - Sputnik Azərbaycan
Abunə olmaq
Akademiyadan məzun olan şagirdlərə səslənən Tramp, onlara tənqidlərə qarşı dözümlü olmağı, doğru bildikləri yoldan geri çəkilməməyi məsləhət bilib

BAKI, 18 may — Sputnik. "Son zamanlar, mətbuatın mənə qarşı necə davrandığına baxın. Tam əminəm ki, tarixdə heç bir siyasətçiyə bu qədər pis və ədalətsiz davranılmayıb". Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp, Sahil Təhlükəsizlik Akademiyasının məzuniyyət mərasimi zamanı deyib.

Mətbuat tərəfindən davamlı olaraq hədəf alındığını deyən Tramp, tarixdə heç bir prezidentə, heç bir siyasət adamına bu qədər ədalətsiz davranılmadığını söyləyib.

Akademiyadan məzun olanlara səslənən Tramp, onlara tənqidlərə qarşı dözümlü olmağı, doğru bildikləri yoldan geri çəkilməməyi məsləhət bilib.

Xəbər lenti
0