Bu ölkəyə hər an hərbi müdaxilə edilə bilər

© AFP 2024 / Eduardo Munoz Alvarez Заседание Генеральной ассамблеи ООН, фото из архива
Заседание Генеральной ассамблеи ООН, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Venesuelada hökumətin istefasını istəyən xalq kütləvi nümayişlər keçirir

BAKI, 18 may — Sputnik. Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Nikki Haley, beynəlxalq ictimaiyyəti Venesueladakı böhrana müdaxilə etməyə çağırıb. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.

ABŞ-ın tələbi ilə BMT Təhlükəsizlik Şurası, Venesueladakı prosesi müzakirə etmək üçün təcili toplanıb.

"Venesuelada insani böhran yaşanır. Etiraz haqqından istifadə edən vətəndaşlar polislər tərəfindən güllələnir. Hətta aldığımız məlumata görə, insanlar qida sıxıntısı çəkməyə başlayıb. Bu ölkəyə təcili müdaxilə edilməlidir" — amerikalı rəsmi bildirib.

Qeyd edək ki, artıq bir aydan çoxdur ki, Venesuelada hökumətin istefasını istəyən xalq kütləvi nümayişlər keçirir. İndiyədək 50-dən çox mülki vətəndaşın polislə toqquşmalarda həyatını itirdiyi qeyd olunur.

Xəbər lenti
0