BAKI, 18 may — Sputnik. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, səmavi dinlər üçün müqəddəs sayılan və hazırda İsrailin işğalı altında olan Qüds şəhərinin İsrailin paytaxtı olmalı olduğunu deyib. O, ölkəsinin Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülə biləcəyini də qeyd edib. Sputnik Azərbaycan "Jerusaleem Post"-a istinadən xəbər verir ki, N.Haley bu barədə Amerikanın "Christian Broadcasting Network" televiziyasına danışıb.
"İsrailin əsas hökumət binaları Qüdsdə yerləşir. Bir çox rəsmi binalar bu şəhərdə yerləşir. Ona görə də, köçürülmə ilə bağlı məsələyə baxmaq lazımdır" — amerikalı rəsmi bildirib.
Qeyd edək ki, Qüds şəhəri 1967-ci ildə 6 günlük müharibə zamanı İsrail ordusu tərəfindən işğal edilib. Lakin beynəlxalq ictimaiyyət Qüds şəhərini İsrailin tərkib hissəsi kimi tanımır.