BAKI, 18 may — Sputnik. Banklararası ticarətdə dollar yenidən bahalaşıb. Sputnik Azərbaycan Fins.az-a istinadən xəbər verir ki, may ayının 18-də "Bloomberg" terminalında dollar günə 1.7009 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,92% və ya 1,5 qəpik dəyər qazanması deməkdir. Ötən gün "Bloomberg"də dollar ticarəti 1.6850 manat məzənnəsi ilə yekunlaşmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini "Bloomberg" platformasında əks etdirir. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks "Bloomberg" ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.
Bu arada, Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Həmin siyahını təqdim edirik: