Fərid Nəsibzadə: “Povest məişət həyatından bezən gənclərin həyatdan bəhs edir”
“Şayətin” Azərbaycanın ilk mistik triller janrında yazılmış povestidir. Bunu Sputnik Azərbaycan-a yazıçı Fərid Nəsibzadə bildirib: “Şayətin” 4 aylıq dərin araşdırmalarımın nəticəsidir. Povest artıq oxucu auditoriyasına təqdim olunub. Povestdə məişət həyatının gündəlik qayğılarından usanmış gənclərin həyatlarını dəyişmək həvəsindən bəhs olunur”.
“Povestdə üstü örtülü şəkildə adı Quranda keçən “Dabbətül-ərz” anlayışından söz açılır. Quranda o, yerin altından çıxaraq dünyanı hörümçək toru kimi saran, hər evə girib insanların imanlarını imtahan edən varlıq kimi təqdim olunur. Araşdırmalara görə bu internet — World Wide Web anlayışıdır” – deyə o bildirib.