BAKI, 17 may — Sputnik. ABŞ Müdafiə Nazirliyi Türkiyə ilə münasibətlərə dair açıqlama yayıb. Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, açıqlama Pentaqon rəhbəri Ceyms Mattisin adından verilib.
Bəyanatda deyilir: "Türk tərəfi ilə apardığımız danışıqlar zamanı PKK terror təşkilatı ilə bağlı narahatlıqlarımız üst-üstə düşür. Biz Türkiyəni anlayırıq".
Açıqlamada PKK-nın Suriyadakı qolu olan PYD ilə bağlı heç nə deyilmir.
Rəsmi Ankara Suriyanın şimalındakı PYD/YPG-ni PKK-nın qolu olaraq qəbul edir və Qərb blokunu bu terror təşkilatına yardım etməməyə çağırır.