BAKI, 17 may — Sputnik. Türkiyənin Osmaniyə bölgəsinin Kadirli rayonunda bələdiyyə piano pilləkən qurdurub.
Sputnik Azərbaycan Anadolu-ya istinadən məlumat verir ki, pilləkən piano kimi dizayn edilib və pillələri basdıqca, piano dilləri kimi səs çıxarır. Yerli camaat və bura gələn turistlər piano-pilləkənin üzərində yeriyərək öz aləmlərində piano ifa edirlər.