BAKI, 17 may — Sputnik. İyun ayında parlamentin növbədənkənar sessiyasının keçirilməsi gözlənilir, amma hələ qərar qəbul olunmayıb. Bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Milli Məclisin daxili Nizamnaməsində var ki, 65-dən yuxarı deputatın imzası ilə növbədənkənar sessiya keçirilə bilər: "Amma hələ qərar qəbul olunmayıb. Mənim əlimdə hələ rəsmi qərar, sənəd yoxdur. Amma Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi gözlənilir".
A.Təvəkküloğlu bildirib ki, sessiya müddətində bir sıra sənədlərə baxılacaq: "Amma əvvəlcədən neçə iclasın keçiriləcəyini demək olmur".