BAKI, 17 may — Sputnik. Bu səhər banklararası ticarətdə dollar kəskin bahalaşıb. Sputnik Azərbaycan Fins.az-a istinadən xəbər verir ki, may ayının 17-də "Bloomberg" terminalında dollar 1.7088 manata qədər yüksəlib.
Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 1,41% və ya 2,4 qəpik dəyər qazanması deməkdir. Ötən gün "Bloomberg"də dollar ticarəti 1.6850 manat məzənnəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, sonuncu dəfə dollar aprel ayının 27-də 1.70 manat həddini keçmişdi. Onu da xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini "Bloomberg" platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks "Bloomberg" ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.
Bu arada, Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb:
Valyuta |
Kod |
Kurs |
1 ABŞ dolları |
USD |
1.7022 |
1 Avro |
EUR |
1.8905 |
1 Avstraliya dolları |
AUD |
1.2635 |
1 Argentina pesosu |
ARS |
0.1093 |
1 Belarus rublu |
BYN |
0.9189 |
1 Braziliya rialı |
BRL |
0.5496 |
1 BƏƏ dirhəmi |
AED |
0.4634 |
1 Cənubi Afrika randı |
ZAR |
0.1299 |
100 Cənubi Korea vonu |
KRW |
0.1519 |
1 Çexiya kronu |
CZK |
0.0716 |
100 Çili pesosu |
CLP |
0.2554 |
1 Çin yuanı |
CNY |
0.2471 |
1 Danimarka kronu |
DKK |
0.2541 |
1 Gürcü larisi |
GEL |
0.7043 |
1 Honq Konq dolları |
HKD |
0.2185 |
1 Hindistan rupisi |
INR |
0.0266 |
1 İngilis funt sterlinqi |
GBP |
2.2009 |
100 İndoneziya rupiası |
IDR |
0.0128 |
100 İran rialı |
IRR |
0.0046 |
1 İsveç kronu |
SEK |
0.1941 |
1 İsveçrə frankı |
CHF |
1.7303 |
1 İsrail şekeli |
ILS |
0.4733 |
1 Kanada dolları |
CAD |
1.2512 |
1 Küveyt dinarı |
KWD |
5.592 |
1 Qazaxıstan tengəsi |
KZT |
0.0054 |
1 Qırğız somu |
KGS |
0.0251 |
100 Livan funtu |
LBP |
0.1129 |
1 Malayziya rinqqiti |
MYR |
0.3943 |
1 Meksika pesosu |
MXN |
0.0911 |
1 Moldova leyi |
MDL |
0.0918 |
1 Misir funtu |
EGP |
0.094 |
1 Norveç kronu |
NOK |
0.2012 |
100 Özbək somu |
UZS |
0.0449 |
1 Polşa zlotası |
PLN |
0.453 |
1 Rusiya rublu |
RUB |
0.0301 |
1 Sinqapur dolları |
SGD |
1.2207 |
1 Səudiyyə Ərəbistanı rialı |
SAR |
0.4539 |
1 SDR (BVF-nin xüs. borcalma hüq.) |
SDR |
2.3376 |
1 Türk lirəsi |
TRY |
0.4797 |
1 Tayvan dolları |
TWD |
0.0565 |
1 Tacik somonisi |
TJS |
0.1932 |
1 Yeni türkmən manatı |
TMT |
0.4871 |
1 Ukrayna qrivnası |
UAH |
0.0644 |
100 Yapon yeni |
JPY |
1.5126 |
1 Yeni Zelandiya dolları |
NZD |
1.1744 |