CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Whatsapp"-ınıza belə bir mesaj gəlsə, qətiyyən açmayın

© Flickr / Sam AzgorWhatsApp
WhatsApp - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər "WhatsApp"-ınıza gələn mesajları açmazdan əvvəl iki dəfə nəzarət etməyinizi məsləhət görürlər

BAKI, 16 may — Sputnik. Dünyanın ən nəhəng mesajlaşma şəbəkəsi olan "WhatsApp" artıq bilindiyi qədər təhlükəsiz deyil. Son günlər bu şəbəkə üzərindən istifadəçilərə göndərilən bir link gizli və şəxsi məlumatların yayılmasına səbəb olur.

Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən xəbər verir ki, "Whatsapp.com" adı ilə mesaj formasında telefonunuza gələn linki qətiyyən açmamağınız tövsiyyə olunur. Əks halda, şəbəkə ilə heç bir əlaqəsi olmayan sayta yönləndiriləcək və gizli, özəl məlumatlarınız yayılmış olacaq.

Mütəxəssislər WhatsApp-ınıza gələn mesajları açmazdan əvvəl iki dəfə nəzarət etməyinizi məsləhət görürlər.

Xəbər lenti
0