BAKI, 16 may — Sputnik. Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinə dəyişiklik edib. Sputnik Azərbaycan Fins.az-a istinadən xəbər verir ki, səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6920 manata, ən sərfəli satışı 1.6950 manata bərabərdir.
Araşdırmaya əsasən, dünən axşam saatları ilə müqayisədə "Amrahbank" dolların alış/satış qiymətlərini ucuzlaşdırıb: alışı – 1.6900 manatdan 1.6880 manata, satışı – 1.7000 manatdan 1.6980 manata. "Bank Avrasiya" və "AgBank" dolların yalnız alış qiymətini bahalaşdırıb: "Bank Avrasiya" 1.6900 manatdan 1.6920 manatadək, "AgBank" 1.6600 manatdan 1.6800 manatadək.
"Bank BTB", "Yapı Kredi Bank Azərbaycan" və "Paşa Bank" ABŞ valyutasının satışına dəyişiklik edib: "Bank BTB", 1.7030 manatdan 1.7070 manatadək bahalaşdırıb; "Yapı Kredi Bank Azərbaycan"1.7140 manatdan 1.7100 manatadək ucuzlaşdırıb; "Paşa Bank"1.7040 manatdan 1.7070 manatadək bahalaşdırıb.