CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili rəsmi qurumlardan izahat tələb etdi

© Sputnik / Murad OrujovЗаседание Милли Меджлиса Азербайджана
Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Vahid Əhmədov: "Beynəlxalq Bankda vaxtı ilə baş verən proseslər çox ciddi problemlərə gətirib çıxarıb"

BAKI, 16 may — Sputnik. Son zamanlar Azərbaycan Beynəlxalq Bankı ilə bağlı mətbuatda çoxlu məlumatlar yer alır. Bankda vaxtı ilə baş verən proseslər çox ciddi problemlərə gətirib çıxarıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Vahid Əhmədov deyib.

O, bildirib ki, Azərbaycan rəsmiləri yaranmış vəziyyətlə bağlı vəziyyətə aydınlıq gətirməlidir.

"Azərbaycan Beynəlxalq Bankı Nyu-Yorkda bankrot elan olunmağı üçün məhkəməyə müraciət edib. Azərbaycan Beynəlxalq Bankı bu addımı özünün 3,3 milyard dollar həcmindəki borcunun restrukturizasiyasına yardım almaq üçün atıb. Müraciət geniş müzakirələrə səbəb olmaqla yanaşı, bir sıra müəmmalara da yol açıb. Belə ki, bankın nə üçün Nyu-York məhkəməsinə müraciət etməsi suallar yaradıb, bunun hüquqi proseduraları ilə bağlı çoxlu sayda təzadlı fikirlər var. Beynəlxalq Bank məhkəmə tərəfindən bankrot elan olunarsa, bunun ölkə iqtisadiyyatına və hər kəsi yaxından maraqlandıran problemli kreditlərə nə dərəcədə təsirinin olacağı çoxsaylı müzakirələr sırasındadır. Müraciəti əsasən, ölkə iqtisadiyyatının ağır durumu ilə əlaqələndirənlər çoxluq təşkil edirlər" — millət vəkili deyib.

Xəbər lenti
0