BAKI, 16 may — Sputnik. İsveçrənin Cenevrə şəhərində "Suriyada sülh" başlıqlı danışıqların altıncı mərhələsi başlayıb. Sputnik Azərbaycan bu barədə "Press Tv"-yə istinadən xəbər verir.
Artıq Suriya rejiminin BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri təşkilatın Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura ilə görüşmək üçün BMT-nin Cenevrədəki ofisinə gəlib. De Misturanın günün ikinci yarısında Suriya müxalifətinin təmsilçiləri ilə də görüşəcəyi planlaşdırılır.
Qeyd edək ki, danışıqların altıncı mərhələsi mayın 19-dək davam edəcək.