CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili həmkarının təklifinə qarşı çıxdı

© Photo : APASiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
Qüdrət Həsənquliyevin sözlərinə görə, amansız cinayət törədənlərə, dövlətə xəyanət edənlərə ölüm hökmü tətbiq edilməlidir

BAKI, 16 may — Sputnik. Mayın 16-da parlamentin keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev ölkədə ölüm hökmünün bərpası təklifi ilə çıxış edib.

Millət vəkili bildirib ki, amansız cinayət törədənlərə, dövlətə xəyanət edənlərə ölüm hökmü tətbiq edilməlidir: "Biz müharibə şəraitindəyik. Üstəgəl bəziləri xüsusi amansızlıqla cinayət törədir. Belə adamlar və dövlətə xəyanət edənlərə qarşı ölüm hökmü verilməlidir".

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə deyib ki, Azərbaycanda ölüm hökmünün bərpası doğru deyil: "Azərbaycanda ölüm hökmünü ümummilli lider Heydər Əliyev aradan qaldırıb. Bu, onun atdığı humanist addımlardan biridir. Eyni zamanda, unutmayaq ki, insana canı Allah verib, Allah da ala bilər. Cinayətə gəldikdə, elə cəzalar var ki, ölüm cəzasından da betərdir".

Xəbər lenti
0