BAKI, 16 may — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.
İclasda "Məhkəmə-Hüquq Şurası haqqında", "Pasportlar haqqında", "Telekommunikasiya haqqında", "Dini etiqad azadlığı haqqında" qanunlarda, Şəhərsalma və Tikinti, İnzibati Xətalar məcəllələrində dəyişikliklər müzakirə ediləcək.
İkinci oxunuşda "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında", ikinci oxunuşda "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihələrinə baxılacaq.